Coşqun Diniyev və Tuncay Şanlı bir komandada - Rəsmi
07.03.2025 - 16:14
Türkiyə Birinci Liqa klublarından "Çorum"un yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça"nın sabiq futbolçusu Tuncay Şanlı millimizin üzvü Coşqun Diniyevin də çıxış etdiyi "Çorum"a baş məşqçi təyin edilib.
Tuncay Şanlı "Çorum"da Serkan Özbaltanı əvəzləyib.
Qeyd edək ki, sabiq futbolçu məşqçilik karyerasına "Sakaryaspor"da başlayıb. Daha sonra isə "Ümraniyespor"u çalışdırıb.
- Premyer Liqa: "Şamaxı" "İmişli"ni məğlub edib - YENİLƏNİB
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
- Azərbaycan derbisinə doğru: Noyabr
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb
- Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
0
0