"Milli komandada oynamaq mənim üçün şərəfdir. Legioner həyatı yaşamaq qərarını verməyim də yığma ilə bağlıdır”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev deyib.
Təcrübəli futbolçu AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə sabah keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “Hər zaman millidə yaxşı oynamağa qərarı vermişəm. Türkiyə və Azərbaycan futbolunu müqayisə etmək istəməzdim. Potensialımı yüksəltmək üçün yaxşı olacaq. Ümidvaram ki, sabah yaxşı nəticə ilə xalqımızı sevindirə bilərik. Arada atletik cəhətdən fərq var. Bu, məndə ən böyük mənfilərdən biri idi. Klubumda keçdiyim məşqlərdən sonra özümü daha yaxşı hiss edirəm. Belçikaya qarşı atletik cəhətdən hazır olmalısan ki, yaxşı nəticəyə ümid edəsən".
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika qarşılaşması saat 17:00-da başlayacaq.