Coşqun qırmızı vərəqə alıb, komandası qələbə qazanıb
07.12.2024 - 23:39

Türkiyə 1-ci Liqasında XV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Coşqun Diniyevin şərəfini qoruduğu "Bandırmaspor" da növbəti matçına çıxıb.
Komanda "İğdır"la qarşılaşıb. Görüş Bandırma təmsilçisinin qələbəsi ilə nəticələnib - 1:0.
Həmyerlimiz matça start heyətində çıxıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.
Qeyd edək ki, 31 xal toplayan "Bandırmaspor" lider "Kocaelispor"dan 1 xal geri qalır.
- "Dinamo Zaqreb"dən "Qarabağ"a - Rəsmi
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
0
0