"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi ÇSKA UEFA tərəfindən cəzalandırılıb.
Apasport.az xəbər verir ki, Bolqarıstan təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində "Derri Siti" ilə səfər matçında azarkeşlərinin davranışına görə sanksiyaya məruz qalıb.
UEFA-nın qərarına əsasən, ÇSKA azarkeşlərinin meydana müxtəlif əşyalar atması, iğtişaş törətməsi, stadiona ziyan vurması və irqçi davranışlara yol verməsi səbəbindən klub 50 min avro cərimələnib.
Bundan əlavə, Bolqarıstan təmsilçisinin avrokuboklarda növbəti səfər oyununa azarkeş aparmasına qadağa qoyulub.
Beləliklə, ÇSKA azarkeşləri iyulun 23-də Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununu tribunadan izləyə bilməyəcəklər.
Qeyd edək ki, "Qarabağ" – ÇSKA görüşü iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.