Fevralın 4-də Azərbaycan Cüdo Federasiyasında hakimlər və məşqçilər üçün seminar keçirilib.
Apasport.az xəbər verir ki, təlim zamanı cari ilin yanvar ayında Macarıstanda keçirilən beynəlxalq seminarda Azərbaycan cüdo təmsilçiləri tərəfindən əldə edilən məlumatlar yerli hakimlər və məşqçilərlə paylaşılıb.
Həmçinin, yarışların mübahisəli epizodlarının hərtərəfli təhlili aparılıb, cərmə xalları və diskvalifikasiya halları müzakirə olunub.
Seminarın əsas məqsədi qaydaları və onların şərhlərini hamının eyni şəkildə başa düşməsini təmin etmək və hakimlərin qarşıdan gələn yerli yarışlarla bağlı bilik və bacarıqlarının artırılması olub.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub