Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo turnirində iştirak edəcək
25.01.2024 - 17:55
Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo turnirində iştirak edəcək

Belçikanın Vise şəhərində 27-28 yanvarda beynəlxalq Belçika Açıq Cüdo turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın məşqçisi Rüstəm Alimli rəhbərliyi altında Rövşən Əliyev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73 kq), Məmmədrza Hacızadə, Kərim Allahverdiyev, İslam Kərimov (hamısı 81 kq), Əjdər Bağırov, Musa Hüseynli (hər ikisi 90 kq), Hüseyn Dadaşov, Ruslan Nəsirli (100 kq), Camal Feyziyev və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.

 

0