Cüdoçularımız Qran-prinin ilk günündə 3 medal qazanıb
27.01.2024 - 00:33
Cüdoçularımız Qran-prinin ilk günündə 3 medal qazanıb

Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 9 cüdoçusu mübarizə aparıb.

Onlardan 3-ü mükafatçılar sırasına düşüb. Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) isə gümüş medal qazanıb. 

Qeyd edək ki, yanvarın 28-də başa çatacaq yarışa milli komandamız 16 cüdoçu ilə yollanıb.

0