
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısı ilk görüşünü qələbə ilə başa vurub.
48 kq-da Bilalhəbaşi Nəzərov Eris Sədullahla (Türkiyə) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Nəzərov rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:26, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Skot Tompsonla qarşılaşacaq. Döyüş aprelin 11-də olacaq.
Onun uğurunu Ömər Aslanlı (54 kq) da təkrarlayıb. Yığma üzvü Aleksey Sarıoğlunu (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Aslanlı aprelin 9-da 1/8 final çərçivəsində fransalı Cemmal Mohamedlə üz-üzə gələcək.
İbrahim Zeynalov (63,5 kq) da ilk qarşılaşmasından qalib ayrılıb. Təmsilçimiz Sandro Spiçadan (Fransa) güclü olub. Rəqibini 5:2 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Emmanuil Fotiadislə (Yunanıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş aprelin 9-na təsadüf edəcək.
Qeyd edək ki, yarışın ilk günündə Məhəmmədəli Qasımzadə (60 kq) də 1/8 finala vəsiqə qazanıb.
- Polad Rzayev Avstriyada beynəlxalq turnirində çıxış edəcək
- “İdman həftəsi” çərçivəsində keçirilən bilyard çempionatı başa çatıb
- MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası keçirilib
- Formula 1: Azərbaycan Qran Prisi 2025-ə marşal qeydiyyatı başladı - FOTO
- Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək