Dambrauskas: “Avropada Azərbaycan adı çəkiləndə ilk "Qarabağ" yada düşür”
31.01.2026 - 19:51
Dambrauskas: “Avropada Azərbaycan adı çəkiləndə ilk "Qarabağ" yada düşür”

"Sabah" Misli Premyer Liqasının XVIII turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması, davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Çox gözəl performans sərgilədik. Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu. İlk yarıda daha çox qol vura bilərdik. Onu da qeyd edim ki, "Zirə" həqiqətən də möhtəşəm komandadır. Biz hesabda 2:0 öndə olan zaman rəqibin yaxşı qol fürsətləri oldu. İkinci hissədə balanslaşdırılmış oyun oldu. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyunumuz var". 

- Çempionatda uğurlu nəticələrin davamını gətirmək üçün "Qarabağ"ın avrokuboklara daha çox irəliləməsini istəyirsiz? 
- Mən daha çox öz komandamla məşğulam. Belə şeyləri düşünmək üçün vaxtımız yoxdur. Onların Avropadakı performansı çox yaxşıdır. "Qarabağ"i təbrik edirəm, uğurlar arzulayıram. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə "Qarabağ" yada düşür. Onlar Azərbaycanı çox yaxşı təmsil edirlər.