David Şvarqa: “Böyük təcrübəyə malik komanda ilə qarşılaşacağıq”
25.07.2023 - 22:18
David Şvarqa: “Böyük təcrübəyə malik komanda ilə qarşılaşacağıq”

“Qarşıda bizi növbəti sınaq gözləyir. Avropa kuboklarında kifayət qədər böyük təcrübəyə malik komanda ilə qarşılaşacağıq. “Qarabağ” güclü rəqibdir”.

Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”la oyundan əvvəl “Rakuv”un baş məşqçisi David Şvarqa deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” sabah Polşada növbəti matçına çıxacaq. Şvarqa ötən illərdə toplanan təcrübənin qarşıdakı oyunlarda onlara kömək edəcəyini qeyd edib: “Çempionlar Liqasında artıq bir mərhələ keçmişik. Ötən illərdə əldə olunan təcrübənin “Qarabağ”la qarşılaşmalarda bizə kömək edəcəyinə əminəm. Rəqib yüksək pressinq tətbiq edir, topla təkbərək mübarizələrdə yüksək keyfiyyətlərə malik futboçulara sahibdir. Bizə bunlara hazırıq. Həm Avropada, həm də daxili çempionarda “Rakuv”a xarakter oyun nümayiş etdirmək istəyirik. İki oyunun nəticəsinə görə, “Qarabağ”ı məğlub edəcəyimizə inanıram”.

Qeyd edək ki, "Rakuv" - "Qarabağ" matçı sabah 22:15-də start götürəcək.
 

0