David Şvarqa: "Onun səyləri nəticəsində istədiyimiz nəticəni qazandıq" - MÜSAHİBƏ
02.08.2023 - 22:30
David Şvarqa: "Onun səyləri nəticəsində istədiyimiz nəticəni qazandıq" - MÜSAHİBƏ

“Komandam və oyunçularım çox gözəl oynadı”.

Apasport.az-ın məlumatına görə, bunu “Rakuv”un (Polşa) baş məşqçisi David Şvarqa deyib.

Polşalı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab görüşündə çox əziyyət çəkdiklərini etriaf edib. Bakıda 1:1 hesabı ilə başa çatan qarşılaşmada müdafiədə oynamağa məcbur olduqlarını qeyd edib: "Komandamı və bütün işçilərimizi təbrik edirəm. Gözəl qələbə oldu. Bu gün daha çox müdafiədə özümüzü göstərdik. Oyunun birinci yarısında bizim dözüləcək məqamlarımız oldu. Bu idman növündə dözmək və dözümlü olmaq çox vacibdir. Həm fiziki, həm mental cəhətdən yaxşı mübarizə apardıq. Komandama təşəkkür edirəm”.

- "Qarabağ" hesabı bərabərləşdirdikdən sonra yerdə uzandınız. Gələn sezon istirahət üçün BOS-a gəlmək istərdiniz? 
- Dincəlmək bizə kömək edəcəksə, əlbəttə, niyə də yox?

- "Qarabağ"a qarşı oynamaq nə qədər çətin oldu?
- Oyunun birinci yarısında da biz özümüzü yaxşı göstərdik. "Qarabağ" cərimə meydançasına daxil olanda da, qapımızı müdafiə edə bildik. Cərimə meydançasındakı vəziyyəti nəzarət altında saxladıq. Polşanın keçmiş qalibi "Lex" "Qarabağ"dan beş qol buraxmışdı. Bizdə isə bu cür olmadı.

- Matçın ikinci hissəsində futbolçularınız matçın vaxtını uzadırdı. Bu, sizin tapşırığınız idi?
- Sizi bizim paltardəyişmə otağına dəvət edirəm. Görəcəksiz, necə yorğundurlar. Çox çalışdılar. Təbii ki, strategiya, tapşırıq deyildi. Hava şəraitini, rütubəti nəzarəti alaraq oyun bizim üçün bir qədər çətin oldu.

- "Qarabağ"ın bu oyundakı məğlubiyyətini nədə görürsüz?
- Bizim komandamızın bu səviyyədə olması bundan əvvəlki məşqçimiz Papşunun əziyyətləri və səyləri nəticəsində olub. O, bu komanda ilə çox çalışdı. "Rakov"un əsaslarını qoydu ki, komanda bu səviyyədə oynaya bildi. Eyni qüvvəli komandalar görüşəndə, bəzən məhz detallara görə bu cür nəticələr əldə edilir. Bizim oyunçumuz Tudoru da qeyd etmək istəyərdim. Onun səyləri nəticəsində bu oyunda istədiyimiz nəticəni qazandıq.

- "Qarabağ" "Visla", "Piast", "Lex" və "Legiya"nı mübarizədən kənarlaşdıra bilmişdi. İlk Polşa klubunun baş məşqçisi kimi "Qarabağ"ın yolunu kəsdiniz. Hansı hissləri keçirirsiz?
- Nə vaxtsa, belə olmalıydı, nə vaxtsa Polşa klubu "Qarabağ"ı udmalıydı. Şadam ki, qalib biz olduq. Bu o demək deyil ki, "Qarabağ" zəifdir. Onlar güclü və təcrübəli komandadır. Ümidvaram ki, hər şey yaxşı olacaq.

Qeyd edək ki, "Qarabağ" ilk matçda Polşada 2:3 hesabı ilə məğlub olub.

0