De Bleker getdi - HAKİMLƏR KOMİTƏSİNİN YENİ SƏDRİ BƏLLİ OLDU
25.11.2025 - 20:42
De Bleker getdi - HAKİMLƏR KOMİTƏSİNİN YENİ SƏDRİ BƏLLİ OLDU

Bu gün SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, iclasda Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.

Hakimlər Komitəsinin sabiq sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və Hakimlərin Təlim-Tədrisi üzrə Baş Katibin müşaviri vəzifəsini icra edəcək.