Denis Marandiç: "Böyük qürurla müqavilə müddətimi uzatdım"
29.03.2023 - 23:50
Denis Marandiç: "Böyük qürurla müqavilə müddətimi uzatdım"

“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə, baş məşqçimizə, məşqçi heyətimizə təşəkkürümü bildirirəm".

Apasport.az xəbər verir ki, bunu "Turan Tovuz"un futbolçusu Denis Marandiç deyib.

1+1 illik yeni müqaviləyə imza atan moldovalı müdafiəçi təəssüratlarını bölüşüb:

"Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram. Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım. Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.

0