Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində təşkil olunan ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında mübarizə aparıb.
Apasport.az xəbər verir ki, sayca 32-ci dəfə təşkil edilən yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib.
Bir mərhələdən ibarət olan reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığında çıxış edən Diana məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub.
Qeyd edək ki, 1992-ci ildən etibarən təşkil olunan “Silver Skiff” reqatası akademik avarçəkmə idman növünün ən nüfuzlu yarışlarından hesab edilir. Xatırladaq ki, Diana Dımçenko ötənilki yarışda da gümüş medal qazanmışdı.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək