"Dinamo" "Qarabağ"ın qapıçısı ilə maraqlanır
16.05.2024 - 15:54
"Dinamo" "Qarabağ"ın qapıçısı ilə maraqlanır

“Qarabağ”ın qapıçısı Andrey Lunyov karyerasını Rusiyada davam etdirə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, “Dinamo” (Moskva) klubu qapı xəttini gücləndirmək üçün 33 yaşlı qolkiperi transfer etmək istəyir. Moskva klubu transferi bu yay tamamlamaq istəyir. 

A. Lunyovun Ağdam klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 32 matçda meydanda olub. O, 10 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

0