Diniyev oynadı, komandası məğlub oldu
24.02.2024 - 21:58
Diniyev oynadı, komandası məğlub oldu

Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, millimizin futbolçusu Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyespor" da növbəti matçına çıxıb.

Komanda "Bandırmaspor"un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 4:1.

Yığmamızın yarımmüdafiəçisi matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 75-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Ümraniyespor" 27 xalla 13-cü pillədə qərarlaşıb.

 

0