Diniyevin yeni klubu müəyyənləşdi
02.06.2023 - 13:51

“Zirə”dən ayrılan Coşqun Diniyevin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə vidalaşan yarımmüdafiəçi paytaxtın digər təmsilçisinə keçməyə yaxındır.
28 yaşlı futbolçunun yeni mövsümə “Səbail”də başlayacağı gözlənilir. Coşqunin xidmətində atası Şahin Diniyev maraqlıdır. 57 yaşlı mütəxəssis oğlunu sərəncamında görmək istəyir. Yaxın günlərdə Coşqunun “Səbail”lə 1+1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Diniyev Premyer Liqanın son mövsümündə 30 matçda 2 qol vurub.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0