
Azərbaycan millisi 2025-ci ildəki ilk oyununa martın 22-də çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamızın rəqibi Haiti seçməsi olacaq.
Millimiz yoldaşlıq matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Bu, iki komanda arasında ilk duel olacaq. İndiyədək yığmamız Haiti ilə qarşılaşmayıb.
Millimiz 1992-ci ildən bu günə qədər 71 müxtəlif rəqiblə üz-üzə gəlib. Haiti isə siyahıda 72-ci olacaq.
Ümumiyyətlə, yığmamız indiyədək KONKAKAF zonasından 4 komanda ilə üz-üzə gəlib. Trinidad və Tobaqo, Honduras, Kanada, ABŞ-ın yer aldığı siyahıya Haiti 5-ci rəqib kimi daxil olacaq.
Qeyd edək ki, Azərbaycan – Haiti matçının başlama saatı hələ ki, açıqlanmayıb.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB