Eddi İsrafilov millidən ayrıldı
25.03.2023 - 16:31
Eddi İsrafilov millidən ayrıldı

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya - Azərbaycan qarşılaşmasının gedişində zədələnən Eddi İsrafilov heyətdən çıxarılıb. O, millimizin martın 27-də İsveç yığmasına qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək. 

Qeyd edək ki, Eddi bu gün millinin düşərgəsindən ayrılacaq.
 

0