
Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Eddi İsrafilovun sağlamlıq durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də baş tutan Avstriya – Azərbaycan matçında zədələnən yarımmüdafiəçi “Liv Bona Dea Hospital”da müayinədən keçib. Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə aşkarlanıb. Onun 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, yığmamız Lintsdəki matçda 1:4 hesabı ilə uduzub.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL