Əfran İsmayılova 2 oyunluq diskvalifikasiya - SƏBƏB
31.08.2023 - 13:26
Əfran İsmayılova 2 oyunluq diskvalifikasiya - SƏBƏB

Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov cəzalanıb.

Apasport.az saytının məlumatına görə, onunla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna İsmayılovun Misli Premyer Liqasının IV turundakı davranışı səbəb olub. “Araz-Naxçıvan”ın köməkçi məşqçisi olan gənc çalışdırıcı “Sumqayıt”la ev görüşü bitdikdən sonra oyunun rəsmi şəxslərinin tələblərinə əməl etməyib. Bu üzdən İsmayılov biri şərti olmaqla 2 oyun cəzalanıb. O klubunu 1000 manat ziyana salıb.

0