Elçin Məsiyev Konfrans Liqası matçında
26.08.2026 - 17:54
Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “SK Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Apasport.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Fransalı Villi Delajo VAR, digər referimiz Nicat İsmayıllı isə VAR asistenti kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 26-sı Vyana şəhərində yerləşən “Weststadion” stadionunda keçiriləcək.
0
0