Elçin Məsiyevə növbəti təyinat
20.06.2025 - 20:45
Elçin Məsiyevə növbəti təyinat

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq. İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, ədalət təmsilçimiz daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.