
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də, saat 21:45-də Bolqarıstanın Razgrad şəhərində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.
Qeyd edək ki, "Servett" - "Ludoqorets" görüşü 0:0 hesabı ilə yekunlaşıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”