Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin Yunanıstan Kubokunun yarımfinal mərhələsinə təyinatı narazılıqla qarşılanıb.
Apasport.az xəbər verir ki, "Olimpiakos" və AEK arasında keçiriləcək cavab oyununa təyinat alması meydan sahiblərini narazılığına səbəb olub.
Pirey təmsilçisinin vitse-prezidenti Kostas Karapapas bununla bağlı özünün sosial şəbəkə səhifəsində paylaşım edib: "Nəhayət, federasiya səsimizi eşitdi və oyunumuza böyük çempionatdan hakim təyin etdi. Bəllidir ki, Azərbaycan öz çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Seriya A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!".
Qeyd edək ki, sözügedən qarşılaşma martın 1-də olacaq.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."