Misli Premyer Liqasının XI turunun "Araz-Naxçıvan" - "Zirə" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Yaxşı, dinamik və mübarizəli oyununu şahidi olduq. Hər iki komanda meydanda yaxşı iş görməyə çalışırdı. Komanda olaraq meydançada düşündüklərimiz var idi. Yaxşı oynadıq. Bir xal qazandıq. Yolumuza davam edirik".
- Penalti olmasaydı da, təzyiq sayəsində qol vuracaqdınız sizcə?
- Təzyiq göstərib qol vuracaqdıq, ya vurmayacaqdıq... Məni sevindirən komandanın oyundan qopmamasıdır. Uduza da bilərdik. Oyunun təşkilində bunu yaxşı etdik.
- Bu mövsüm yalnız "Qarabağ"a uduzmusuz. Məğlubiyyətsizlik seriyası komandakı ab-havada narahatçılıq yaratmır?
- İlk turda "Qarabağ"a böyük hesabla uduzanda da, komanda olaraq çox panikaya düşmədik. Günümüz davam edir. Təcrübəli futbolçularımız var. Təzyiq altında oynaya biləcəklər. Maksimumuz deyil. Komanda daha rəngarəng ola bilər.
- Matçlarımızı qışdan sonra Naxçıvanda keçirsəniz, dolu tribunalar qarşısında oynamaq sizə necə təsir edəcək?
- Mənə təzyiq olmayacaq. Futbolçular azarkeş qarşısında oynamaq istəyəcəklər. Biz də öz azarkeşlərimizi istəyirik. 5-6-cı mətbuat konfransıdır ki, təkrar deyirəm. Mən çox istəyərdim ki, öz diyarımızda, Naxçıvanda oynayaq. Bu sevinci Naxçıvan camaatı ilə bölüşək. Üzərimə nə düşürsə, komanda ilə hazırlıq keçmək, onu görürük. Yenə xahiş edirəm, rəhbərlik bizi Naxçıvana aparsın, ev oyunlarımızı orda keçirək.
- Bəs, futbolçular Naxçıvanda qalacaq?
- Sağlam kollektivimiz var, fərq etməyəcək. Onlar da bursa uğur qazanmaq istəyir. Uğur olan yerdə, futbolçu hər şeyə hazırlaşır. Bizə o şəraiti yaratsınlar.
- 2-3 aya Qəbələ stadionu UEFA standartlarına cavab verirsə, 2 ildir Naxçıvan stadionu Premyer Liqa səviyyəsində necə hazır olmur?
- Hamımız bunu istəyirik. Siz də istəyirsiz ki, komanda öz bölgəsində olsun. Müraciətim sırf rəhbərliyimizə deyil. Naxçıvan rəhbərliyi bizə dəstək olmalıdır. Düşünürəm ki, bu komanda nə Elmarın, nə burdakı rəhbərliyindir. Bu komanda Naxçıvanındır. O bölgənin rəhbərləri də bizim üçün hansısa jestlər etməlidir.
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- PFL “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib
- Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
- “Zirə” “Neftçi”nin yetirməsi ilə maraqlanır
- Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”