Elmar Baxşıyev: “Bütün gücümüzü ortaya qoyacağıq”
26.07.2023 - 20:04
Elmar Baxşıyev: “Bütün gücümüzü ortaya qoyacağıq”

“Omoniya güclü komandadır. Rəqibdən çox öz oyunumuz haqqında düşünürəm”.

Apasport.az saytı xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Avropa Konfrans Liqasında “Omoniya” ilə qarşılaşacaq “Qəbələ”nin çalışdırıcısı oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib. Elmar Baxşıyev komandanın heyətində dəyişikliklər olduğunu bildirib. O, sabah uğur qazanmaq istədiklərini qeyd edib: “Kuboku qalibi olduqdan sonra bəzi futbolçular komandanı tərk etdi. Fasilə dövründə yaxşı hazırlıq keçmişik. Oyundan-oyuna meydanda daha inamlı təsir bağışladıq. Həm müdafiə, həm hücumda yaxşı çıxış etməliyik. Nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, “Qəbələ” – “Omoniya” matçı sabah Qəbələdə keçiriləcək.
 

0