Elmar Baxşıyev: "Cəzalı oyunçularımız çox olduğu üçün rotasiya edə bilmədik"
13.02.2024 - 18:22
Elmar Baxşıyev: "Cəzalı oyunçularımız çox olduğu üçün rotasiya edə bilmədik"

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" "Qəbələ" (2:1) matçı başa çatdıqdan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev oyun haqqında fikirlərini bildirib. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

Çətin oyun alındı. İki fərqli hissə izlədik. Birinci hissdə daha çox rəqibin üstünlüyü var idi. İkinci hissədə yaxşı oynadıq. Sonda ikinci qolu vurmaq nəsib olmadı. Sonuncuyuq. Bilirik ki, nələrisə düzəltməliyik.

- Kubok matçının yorğunluğu hiss olunurdu?

- Belə düşünmürəm. Amma reallıqdır. 3 gündən bir oynayırıq. Bu da təsirsiz ötüşmədi. Amma tək biz deyilik. Hər iki turnirdə oynayırsansa, bu problemlə üzləşirsən. Zədəli və cəzalı oyunçularımız çox olduğu üçün rotasiya edə bilmədik.

- Hücum xəttində problem görünür. Bunu necə aradan qaldırmağı düşünürsüz?

- Tək  hücumda yox, müdafiədə də problemlərimiz var. Ən çox qol buraxan komandayıq. Zədəli və cəzalı futbolçular qayıdandan sonra daha yaxşı olacağıq.

0