“Şanslar bərabərdir. Finalda favorit olmur”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Gənc mütəxəssis Azərbaycan kubokunun “Neftçi” ilə final matçından əvvəl təşkil olunan mətbuat konfrasında oyunun önəmindən danışıb: “Oyunun əhəmiyyətini yaxşı bilirik. Yaxşı mübarizə aparıb, kuboku qazanmaq istəyirik. Düşünürəm ki, komanda qarşıya qoyulan məqsədə çatacaq”.
- "Bakcell Arena"da rəqibin doğma meydanıdır. Bu amil sizə problem yaratmır?
- Təsir etməməli deyil. Burada ilk dəfə oynamırıq. Biz də bu stadiona alışmışıq. Stadionuna tmosferi də futbolçuların futboldan həzz almasına münasibdir. Bizə təsiri olacağını düşünmürəm.
- Hər iki komanda Avrokuboklara vəsiqə qazanıb. Sanki "Neftçi" titul qazanmaq üçün gərginlik yaradıb. Bu, sizin xeyrinizədir?
- "Neftçi"nin barədə düşünmürük. Mən daha çox öz komandam haqqında danışa bilərəm. Çempionatda istədiyimiz nəticinə əldə etdik. Buna görə futbolçulara təşəkkür edirəm. Bizim komanda titula sahib çıxmaq arzusundadır. Sabah fərqli "Qəbələ" görəcəyik.
- Asif Məmmədov zədəlidir. Onu ehtiyat skamyada görəcəyik?
- Cəzalı olduğuna görə otura bilməz. Zədəli futbolçularımızın komandada olması mənim qərarım idi. Asif bizim üçün önəmlidir. Onu da komandada hiss edəcəyik.
- Onunla yeni müqavilə bağlanacaq?
- Əlbəttə. Asif oyunda zədə alıb, klub olaraq ən yaxşısını etməyə borcluyuq ki, karyerasını davam etsin.
- Özünüzü evdə hiss etməyiniz üçün "Qəbələ" azarkeşlərini stadiona necə səsləyərdiz?
- Azarkeşlərimizin sabah stadionda olmasını istəyərdik. Onların dəstəkləri bizə əlavə güc verir. İnanıram ki, onlar bizə tam dəstək verəcəklər. Futbol statistika üzərində qurulmayıb. Oyunlar fərqli olur. Keçmişdə olanlar keçmişdə qalıb. Düşünürük ki, tarix yaza bilərik. Futbolçuarıma inanıram. İnanıram ki, həmin məqsədə çatmağa cəhd edəcəyik.
- Bəziləri bu oyunu Elmar Baxşıyev - Laurentsiu Regekampf dueli kimi görür....
- Hər cür fikirləşə bilərlər. Sabah "Neftçi" və "Qəəblə" oynayacaq. Məşqçilərin yox, komandaların dueli olacaq.
- Heyətlə bağlı probleminiz var?
- Fares Abu Akeldir zədəlidir və əməliyyat olunmalıdır. İki futbolçu xaric bütün komanda sabahkı oyunda iştirak edəcək.
- Laurentsiu Regekampf da şansları 50-50-ə dəyərləndirdi. Amma kağız üzərində və büdcəsinə görə "Neftçi" daha üstün görünür. Azərbaycanlı və legioner məşqçilərin üz-üzə gəlməsi baxımından önəmli matçdır?
- Çempionatda da bizə inanan az idi. Amma şükürlər olsun ki, az büdcə ilə məqsədimizə çatdıq. Sabah finaldır. Büdcə heç bir önəm daşımır. Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq.
- Əksər komandalar futbolçularla yollarını ayırır. Transfer üçün daxili bazara baxacaqsız?
- Transfer çalışmalarına başlamamışıq. Hazırda sabahkı oyunu düşünürük. Bu oyundan sonra hansı mövqelər bizə önəmli olacaqsa, transferlərimizi o istiqamətdə edəcəyik.
- Tovuzda qalib müəyyənləşmədi - YENİLƏNİB
- Bir günün bir ömürlük xatirəsi: Xankəndidə futbol matçı - VİDEO
- Azər Bağırovdan müəmmalı açıqlama - ”Kəpəz”i tərk edir?
- Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
- Abdullahi Şuaybu: "Məqsədimiz hər kəsə bəllidir"