
Misli Premyer Liqasının XXX turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:0) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
“Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tepmini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq".
- Müdafiədə boşluqlar çox idi. Bunun səbəbi nədir?
- Sırf müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.
- Qarşıda "Turan Tovuz" və "Qarabağ"la oyunlar var. Komandada gərginlik var?
- Futbol stressli idman növüdür. Gərginliyin olmağı normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olasan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.
- Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiz?
- Bizi düşündürən "Turan Tovuz" deyil, özümüzük. Başqa komandanın nəticəsinə görə xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.
- "Kəpəz" ən çox qol buraxan komandadır. Onlara qol vura bilməməyinizin səbəbi nədir?
- Mən o fikirdə deyiləm. "Kəpəz" qış fasiləsindən sonra iddialı komandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdur.
- Samir Abasov: "Abubakarın gəlişi bizə çox yaxşı təsir göstərəcək"
- Elmar Baxşıyev: “Gələcəkdə ev oyunlarını Naxçıvanda keçirmək ehtimalımız yüksəkdir”
- "Araz" “Neftçi” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”
- Valdas Dambrauskas: “Sabah"ın öz kimliyini yaratmalıyıq”