Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq” - MÜSAHİBƏ
03.06.2023 - 23:46
Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq” - MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun finalından sonra jurnalistlərə açıqlama verib.

Apasport.az-ın məlumatına görə, o, qələbə sevincini bölüşüb və gələcək planlardan danışıb: “Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı "Qəbələ" görmək istəyirəm”. 

- Qələbəni gətirən əsas amil nə oldu?
- Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq.

- Kubokun qazanılması "Qələbə"nin büdcəsinin artmasına səbəb ola bilər?
-
Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək.

- Baş məşqçi kimi ilk kubokunuzdur. Təəssüratlarınız necədir?
-
Əlbəttə ki, kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm.

- Rəqib baş məşqçi son dəqiqələrdə feyr-pleyə qarşı çıxdı. Bu haqda nə deyə bilərsiniz?
-
Onu da başa düşmək olar. Komandası məğlub olurdu. Belə etmək istəməzdi. Amma bu, futboldur. Belə hallar olur.
 

0