
“Gərgin oyuna şahidlik etdik. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Komanda şəklində futbolçuların meydanda yaxşı iş gördülər. Uda da bilərdik, uduzmaq təhlükəsi də var idi. Bir xal da bu oyun üçün önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.
- “Araz-Naxçıvan” sanki meydana bir xal üçün çıxmışdı...
- Biz fərqli görürük. “Neftçi” də yaxşı təşkilatlanmış komandadır. Nə gözləyirsiz? Biz oynayaq, “Neftçi” baxsın? Onlar da planlı şəkildə bizə təzyiq göstərirlər. Hər iki komanda bu oyunda həm ehtiyat edirdi.
- "Qarabağ"la kubok oyununu düşünürdüz?
- Bizim bu gün qənaətli şəkildə oynadığımızı düşünürsüzə...Biz "Neftçi" matçına da maksimum nəticə üçün çıxmışdıq. Biz də başa düşürük ki, üç gündən bir oynayırıq. Heyətdə 4-5 futbolçunun olmaması da sıxıntı yaradır. Ayyub Allaşın epizoduna gəldikdə, qış fasiləsindən sonra zədəli futbolçuların sayı çoxdur. O da nə ilə bağlıdır, biz bilirik. Bizə aid olan məsələdir. Komandam bərkdir. Kubokda və çempionatda iddiasını otaya qoyacaq.