Elşad Quliyev: “Əsas məqsədimiz qrupdan çıxmaqdır”
02.09.2023 - 13:37
Elşad Quliyev: “Əsas məqsədimiz qrupdan çıxmaqdır”

“Bizim üçün ilk olacaq. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq şansımız yüksəkdir”.

Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək “Zirə” klubunun baş məşqçisi Elşad Quliyev deyib. 

F qrupunda "Terra Trak" (Bolqarıstan) və "Andezit"ə (Ukrayna) qarşı oynayacaq Bakı təmsilçisinin çalışdırıcısı bildirib ki, hələlik rəqiblər barədə elə də geniş məlumata sahib deyillər: “Amma fikirləşirik ki, hər iki komandada milli üzvləri olacaq. Əsas məqsədimiz qrupdan çıxmaqdır. Mərhələləri keçməyi düşünürük. Milli olaraq Rumıniya yığmasına qarşı oynamışıq. Bilirik ki, hansı oyunçu nəyə qadirdir. Onlarla qarşılaşsaq, bir şey fikirləşəcəyik”. 

“Zirə”nin kapitanı Bəxtiyar Soltanov isə hər şey qaydasında olduğunu vurğulayıb. O vurğulayıb ki, yaxşı nəticə üçün əllərindən gələni edəcəklər: “Məqsəd öncə qrupdan çıxmaqdır. Ardınca növbəti mərhələləri düşünəcəyik”. 

Qeyd edək ki, bu gün son məşqinə çıxacaq komanda sabah oyunlara ev sahibliyi edəcək Rumıniyaya yollanacaq. 

0