
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Ukrayna ilə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, yığmamızın müdafiəçisi Elvin Cəfərquliyev oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Sabah çox yaşı komandaya qarşı oynayacağıq. Məyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Çox vaxtımız yox idi ki, bu oyuna hazırlaşaq. Amma sabahkı matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentarsiya olub, maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq".
- Fransa ilə çətin oyundan sonra Krakova gəlmisiz. Bərpa oluna bilmisiz?
- Çox da vaxtımız yoxdur. Amma düşünürəm ki, komanda olaraq yaxşı bərpa olmuşuq. Əsas odur ki, psixoloji hazır olaq. Fransa ilə görüşdə çox yorulmuşduq. Yaxşı mübarizə apardıq. Sabah da yaxşı oyun olacaq. Fransa ilə matçı götürsək, sabahkı görüşdə daha çox yorulacağıq. Rəqibi tanıyırıq. Yaxşı komandamız var. Sabah həm ağıllı, həm də özümüzə inamlı şəkildə çıxış etməliyik.
- Bakıda Ukrayna ilə 1:1 oynamışdınız və matçın ən yaxşısı idin. Həmin görüşdəki heç-heçə sabahkı matça təsir edəcək? Sizin üçün yaxşı motivasiyadır?
- O oyundan sonra Fransa ilə də oynamışıq. Yaxşı çıxış etmişdim. Amma Ukraynadan əsas olan xal almağımız idi. Öz performansımı kənara qoyuram, əsas komandadır. Motivasiyamız var, özümüzə inamlıyıq. Sabah çox vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək. Qrupda çox çətin komandalar var. Ona görə də sabah qazanacağımız xal və ya qalibiyyət qrupdakı yerimizi dəyişə bilər. Bunun da ayrıca motivasiyası var.