
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev komandanı tərk edə bilər.
Apasport.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin üzvü ilə İtaliya təmsilçiləri maraqlanır.
Müdafiəçi A Seriyasının 3 klubunun transfer hədəfinə çevrilib. Cəfərquliyevin xidmətində "Latsio", "Torino" və "Komo" maraqlıdır.
Romalılar ağdamlıların futbolçusunu hələ ki, izləmə mövqeyindədir. Digər klublar isə Elvinlə bağlı müsbət qərar veriblər.
Bildirilir ki, "Qarabağ" Elvin üçün 3 milyon avro tələb edir. İtaliya klubları isə həmin məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Cəfərquliyev 2018-ci ildən Ağdam təmsilçisinin şərəfini qoruyur.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”