
Misli Premyer Liqasının XXXI turunun "Sabah" - "Səbail" matçından (3:2) sonra qonaqların baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.
"Oyuna tam ciddi hazırlaşmışdıq. Bizi nəyin gözlədiyini yaxşı bilirdik. Futbolçular çox yaxşı mübarizə apardılar. Matçın sonlarında bir az yorğunçuluq yaşandı. Rəqibin də təzyiqi var idi, üstümüzə daha çox gəlirdilər. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. Bu gün bizə nəsib deyilsə, demək ki, qarşıdakı matçlara baxmaq lazımdır".
- Hesabda iki dəfə önə çıxsanız da, sonda uduzdunuz. Nə çatmadı ki, xal qazanasınız?
- Burda "Sabah"ı qeyd etmək lazımdır. Bu klubun futbolçuları fərdi olaraq keyfiyyətlidirlər. Onlar üstümüzə bir az da çox gəlməyə başladılar. Həm konsentrasiya, həm də fiziki güc çatmadı. Ən vacibi də konsentrasiyanın itməsi idi.