Azərbaycan milli komandasının üzvü Emil Mustafayev karyerasını Premyer Liqamızda davam etdirmək şansına sahibdir.
Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, yığma komandamızda bu il Monqolustanla görüşdə debüt edən 22 yaşlı futbolçu “Neftçi”nin transfer siyahısındadır.
“Ağ-qaralar” Mustafayevin milliyə cəlb olunmasından istifadə edərək yerli statusu ilə onu heyətinə qatmaq niyyətindədir. Lakin Emilin xidmətində maraqlı olan tək Azərbaycan klubu “Neftçi” deyil. Yayda “Aleksandriya”dan “Polesye” klubuna keçmiş Emil 2027-ci il iyunun 30-na kimi hazırkı komandasına məxsusdur.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ