Emin Mahmudov “Neftçi”nin kapitanı kimi 200-cü oyununa çıxıb
06.10.2025 - 11:16

Misli Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, o, 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb.
Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.
Emin ilk dəfə 2017/18 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.
Qeyd edək ki, Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.
0
0