Emin Mahmudov: “Qələbə qazanmaq istəyirik"
26.03.2026 - 18:54
Emin Mahmudov: “Qələbə qazanmaq istəyirik"

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, yığmamızın kapitanı Emin Mahmudov matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:

"Bizim 2026-cı ildə ilk oyunumuzdur. Çalışacağıq ki, yaxşı oyun göstərək. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik".

- Belə rəqiblərə qarşı oynamaq daha çətindir? 
- Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun qalib gəlməliyik.