
Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emreli komandanı tərk edə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, o, karyerasını elə Almaniyada davam etdirməyə yaxındır.
Futbolçu ilə Bundesliqadan 2 klub yaxından maraqlanır.
Həmin klubların adları açıqlanmasa da, Mahirin transferində israrlı olduqları bildirilir. Artıq bu barədə Almaniya mətbuatında da xəbərlər yayılmağa başlayıb.
Mahir isə “Nürnberq”i tərk etmək istəmir. O, komandada qalaraq, son matçlardakı uğurlu performansını davam etdirmək niyyətindədir.
Lakin ciddi təklif olacağı halda həmyerlimiz mövsümün sonunu gözləyəcək.
Qeyd edək ki, Emrelinin II Bundesliqa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.