Emrelinin müqavilə ilə məxsus olduğu klubun baş məşqçisi bilindi
06.04.2023 - 22:47
Millimizin hücumçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, komanda İqor Bişçana tapşırılıb.
Bunadək Xorvatiyanın U-21 yığmasını da çalışdırmış 44 yaşlı mütəxəssis uzun müddət "Dinamo"da oynayıb. O, klub tarixinin ən çox kubok qazanan futbolçularından biri olub.
Qeyd edək ki, "Dinamo" bu gün Ante Çaçiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Buna səbəb son turlar "Dinamo"nun qeyri-sabit çıxış etməsidir.
- “Abşeron Lions” heyətini yeni oyunçu ilə gücləndirib
- Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs olunub
- “Araz-Naxçıvan”da ayrılıq rəsmiləşib
- İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
- Hakimlər Komitəsinin sədri: "Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib" - VİDEO
0
0