"Gözəl anlardır. "Neftçi" ilə rəsmi müqaviləmizi sizə elan edirik”.
Apasport.az saytının məlumatına görə, bunu “Errea”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati deyib.
O, “Neftçi” ilə müqavilə imzalama mərasimində çıxış edib. Stronati anlaşma barədə danışıb: “35 ildən artıq fəaliyyət göstəririk. Bizim "Neftçi" üçün geyimlərin 85-90 faizi xüsusi dizaynla hazırlanacaq. Bu illər ərzində fəaliyyət göstərən dərziçilik şirkətidir. "Neftçi" üçün hər geyimi xüsusi dizayner tərəfdən hazırladacağıq. Çətin iş kimi görünürdü. Amma siz nəticəsini növbəti günlərdə daha yaxşı biləcəksiz. Düşünürəm ki, sonda çox gözəl iş ortaya çıxaracağıq. Öz adımdan "Neftçi" rəhbərliyinə və menecer heyətinə təşəkkürümü bildirirəm. Çox uzun sürəcək işdir”.
Stronati 2 illik anlaşmanın gələcəkdə artırılma perspektivinə də toxunub: “Ümid edirik ki, əməkdaşlığımız daha da uzun olacaq. Komandanın bütün geyimləri biz tərəfdən təmin ediləcək. Bu, əlamətdar haldır. Əsas komandadan tutmuş kiçik yaşlı futbolçulara qədər formalar dizaynerlər tərəfindən hazırlanacaq. Biz dünyanın bir çox aparıcı klubları ilə eləcə də, İtaliyanın tanınmış klubları ilə əməkdaşlıq edirik".
İtaliyalı menecer müqavilənin Azərbaycan idman bazarına girməsi üçün nə qədər önəmli olacağından danışıb: “Hazırda “Errea” UEFA-nın texniki partnyorları sırasındadır. Tək futbolla bağlı yox, digər idman növlərinin də geyim sponsorlarıdır. Bəli, bu müqavilə təkan ola bilər ki, Azərbaycanda digər idman növlərinin də sponsoru ola bilərik”.
- Niyə məhz "Neftçi"ni seçdiz? Azərbaycanda başqa variant var idi?
- Mənim bura ilk səfərim keçən il iyunda olmuşdu. Bu səfər zamanı bir çox komandalarla görüşdüm. İtaliyanın Bakıdakı səfirliyi və ticarət agentliyinin təşkilatçılığı ilə görüşdük. "Neftçi" ilə də görüşmüşdük. Mövsümün sonu idi deyə, kəşfiyyat məqsədli görüşlər keçirdik ki və bazarla tanışlıq etdik. Sırf "Neftçi"ni seçməyə gəldikdə, çox nadir hallarda biz müşahidə edirik ki, hansısa komandanın çantadan tutmuş, ayaqqabıya qədər eyni markadan geyimləri olsun. "Neftçi"də hər geyim eyni markadan idi.
- Əvvəllər "Bakı"nın geyim dəstləri "Errea"dan olub. Azərbaycanda nümayəndəlik açmağı düşünürsüz?
- 2015-ci ildən "Errea"da menecer işləyirəm. 12 il bundan öncə "Errea"nın "Bakı" futbol klubu və "Azərreyl"ə sponsorluq etmişdi. O vaxtı necə baş vermişdi bilmirəm. Ondan sonra Azərbaycan bazarı diqqət mərkəzindədir. Gələcəkdə biz burada nümayəndəlik açmaq barədə fikirləşəcəyik.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama