"Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim" - Juninyo
29.03.2024 - 21:41
"Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim" - Juninyo

"Qarabağ"ın hücumçusu Olaviyo Juninyo Premyer Liqanın 28-ci turunun "Kəpəz"la matçından sonra "miks zona"da jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, o, komandasının 6:1 hesablı qələbəsini və ilk çempionluğunu şərh edib:

- "Qarabağ"da ilk çempionluğunu qazandın. Təəssüratların necədir?

- Əslində, "Qarabağ"da ilk titulumla yanaşı, peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir. 

- Belə erkən çempionluq gözləyirdin?

- Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi.

- Fransa klublarından təkliflər almağın nə dərəcədə realdır?

- Bununla bağlı heç bir məlumatım yoxdur. Əgər varsa da, agentim bu işlərlə məşğul olur. Gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm.

0