Əşrəf Hakimi “Real”a doğru
26.05.2023 - 12:11
Əşrəf Hakimi “Real”a doğru

“Real” yayda heyətə yeni futbolçu cəlb edəcək.

Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi PSJ-dən Əşrəf Hakimini gözaltı edib.

Madrid klubunun öz yetirməsi olan 24 yaşlı müdafiəçi 3 illik fasilədən sonra yenidən keçmiş komandasına qayıtmaqda maraqlıdır. Danışıqların uğurla davam etdiyi və Fransa klubunun futbolçunun keçidinə icazə verəcəyi bildirilir. 

Qeyd edək ki, bu mövsüm 38 matçda iştirak edən Mərakeş millisinin üzvü 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

0