Fariz Nəcəfov: “Komandanın əsas sütununu qorumağa çalışacağıq” - MÜSAHİBƏ
03.06.2023 - 23:57
Fariz Nəcəfov: “Komandanın əsas sütununu qorumağa çalışacağıq” - MÜSAHİBƏ

“Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm”.

Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan kubokunu qazanan “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.
 
O, komandanın mövsümdəki çıxışına qiymət verib: “Uğulu mövsüm keçirdik və yekunda finalda qələbə qazandıq. Çempionatda dördüncü yeri və kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm”.

- Heyəti qoruyub saxlamaq çətin olmayacaq?
-
Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq.

- Baş məşqçi yeni transferlərlə bağlı sizə müraciət edib?
-
Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik.

- Büdcə ilə bağlı dəyişiklik var?
-
Xeyr. Ciddi bir dəyişiklik yoxdur.

- "Qəbələ"nin avrokuboklarda şansını necə dəyərləndirirsiniz?
-
Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm.

- Legionerlərinizə təkliflər çoxdur. Onlarla yeni müqavilə ilə bağlı danışığınız olub?
-
Məndə olan məlumata görə, legionerimizin ilk danışıq aparacağı klub "Qəbələ"dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər.

- "Qəbələ" iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Bu barədə nə deyə bilərsiniz?
-
Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq.

- Elmar Baxşıyev "Qəbələ"də qalacaq?
-
Əlbəttə.
 

0