“Qəbələ”nin yarımmüdafiəçisi Felipe Santosun apasport.az saytına müsahibəsi
- Mövsüm başa çatsa da, "Qəbələ" üçün davam edir. Psixoloji və ya fiziki yorğunluq var?
- Çox gərgin bir mövsüm idi. Bizim üçün sadəcə kubokun finalında oynamaq tələb olunur. Bir çox oyunçular artıq öz ölkələrində olduqları halda, bizim komandada olanlar finala köklənib. İndi yorğunluq yoxdur. Kuboku qazanmmaq arzusundayıq. Ona görə də, yorğunluqdan söhbət gedə bilməz.
- Sonuncu turda "Kəpəz"lə bərabərə qalaraq avrokuboklara vəsiqəni təmin etdiniz. Artıq rahatsınız? Məqsədiniz bu idi?
- Əvvəldən həmişə deyirdim ki, məqsəd komandanı çempionat yolu ilə Avropaya aparmaq idi və biz bunu bacardıq. İndi final oyunu mükəmməl mövsümü başa vurmaq üçün tortun üzərində əskik olan kremdir.
- "Neftçi" oyununa necə hazırlaşırsınız? Bu komanda haqda fikriniz necədir? Rəqib bu mövsüm çox tənqid edildi, çox da yaxşı oynamadılar...
- “Neftçi” ölkənin böyük klublarından biridir. Heyətində çoxlu keyfiyyətli futbolçuları var. Bilirik ki, final 90 dəqiqədir və keyfiyyətli oyunçular var ki, hər şeyi həll edə bilər. Qalib olsaq, hər şey dəyişə bilər. Ona görə də kuboku qazanmaq üçün hər şeyi edəcəyik
- "Neftçi" mövsümdəki uğursuzluqları unutdurmaq üçün ölkə kubokunu mütləq qazanmaq istəyəcək. Matç da onlara doğma olan stadiondadır. Bunun hər hansı mənfi və ya müsbət yanları var?
- “Neftçi” finalın favoritidir. Onlar öz evində oynayacaq. Bu da onlar üçün məsuliyyətdir. Mövsümün sonudur və biz bu fürsəti əldən buraxmaq istəmirik.
- "Qəbələ" artıq avrokuboklara vəsiqəni təmin edib. Bu mənada, final görüşünə daha rahat çıxacaqsınız? Finalda sizin üçün həlledici və önəmli nə olacaq?
- Hansı komanda psixoloji və fiziki cəhətdən hazır olsa, kuboku qazanmağa daha da yaxıınlaşacaq. Bizim komandada matçın taleyini dəyişə biləcək oyunçular var. Hər halda, final elə finaldır. Gərginliyi, ab-havası, atmosferi final oyununa uyğun olacaq. Sona qədər oynayacağıq, necə alınacağını görəcəyik.
- Rəhbərlik kuboku qazanmağınız üçün yaxşı mükafat vəd edib?
- Rəqibdən asılı olmayaraq, biz kuboka sahib çıxmaq niyyətindəyik. Bunun üçün də hazırlaşırıq. Komandamızda hər kəs bir-birinə inanır. Təbii ki, kuboku qazansaq, mütləq ki, mütləq mükafat alacağıq.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama