"Fənərbağça" mübarizəni dayandırdı, Rotterdamda 8 qol vuruldu
16.03.2023 - 23:49
"Fənərbağça" mübarizəni dayandırdı, Rotterdamda 8 qol vuruldu

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.

Bu nəticələrdən sonra "Sevilya", "Mançester Yunayted", "Feyenoord" və "Yuventus" 1/4 finala adlayıblar.

UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart

"Betis” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:1
İlk oyun – 1:4

“Fənərbağça” (Türkiyə) – “Sevilya” (İspaniya) 1:0
İlk oyun – 0:2

“Feyenoord” (Niderland) – “Şaxtyor” Donetsk (Ukrayna) 7:1
İlk oyun – 1:1

“Frayburq” (Almaniya) – “Yuventus” (İtaliya) 0:2
İlk oyun - 0:1

Qeyd edək ki, bu raundun digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0