Fərid Namazov: “Bundan maksimum yararlanmağa çalışacağıq”
20.09.2026 - 00:11
Fərid Namazov: “Bundan maksimum yararlanmağa çalışacağıq”

Misli Premyer Liqasının VI turunda "Sabah" "İmişli"ni məğlub edib - 3:1.

Apasport.az xəbər verir ki, matçdan sonra əyalət təmsilçisinin baş məşqçisi Fərid Namazovun mətbuat konfransı keçirilib.

"Oyunun ağır keçəcəyini bilirdik. "Sabah"ın hücum xəttində təhlükəli olduğunu bildiyimiz üçün, maksimal dərəcədə onun qarşısını almağa çalışırdıq. 1-ci hissə istədiyimizi reallaşdıra bilirdik. 2-ci hissə isə topa nəzarət etməyə çalışırdıq. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq".

- Bütün komandalara qarşı eyni oyun planında oynamağın nəticə baxımından problem yaradacağını düşünürsünüzmü?
- Struktur baxımından bir iş yoxdursa komandada, 20 tur da keçsə nəticə olmayacaq. Təsadüfi bir işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız. Keçən oyunda 25-ci dəqiqədən sonra, bu oyunda isə 2-ci hissədə verdiyimiz reaksiyanın yaxşı olduğunu düşünürəm. Nəticəni zaman göstərəcək.