Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin iyunun 26-29-da Bakıda keçiriləcək VII Beynəlxalq Konfransına hazırlıq məqsədilə martın 20-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyası baş tutub.
Apasport.az saytının məlumatına görə, 100-dək ölkə nümayəndəsinin iştirak etdiyi iclasın açılışında Azərbaycan Respublikasının gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov çıxış edib və mötəbər tədbirə hazırlıq prosesi barədə məlumat verib.
Görüşdə UNESCO Baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos, eləcə də xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış ediblər.
Tədbirdə həmçinin VII Beynəlxalq Konfransa hazırılıq, təşkilati məsələlər barədə, eləcə də Bakı şəhəri haqqında təqdimatlar olub.
Sonda Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək