Fərid Qayıbov “Lənkəran” İdman Klubunu ziyarət edib
03.02.2024 - 15:42
Gənclər və idman naziri Fərid Qayıbov Lənkərana səfəri çərçivəsində “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub.
Apasport.az Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, nazir idman zalına baxış zamanı oradakı şərait, qarşıda duran işlər barədə klubun təsisçisi olan Vətən müharibəsi veteranı Vəliəhəd Vəliyev və məşqçi Şakir Vəliyevlə fikir mübadiləsi aparıb.
Fərid Qayıbov, həmçinin idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0